Bərbərxana və gözəllik salonlarına da kassa-aparatları qoyulacaq. Məqsəd kölgə iqtisadiyyatının miqyasını azaltmaq və gəlirləri leqallaşdırmaqdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vərgi Xidmətinin əməkdaşı Eldar Mədətov bildirib ki, bu ilin yanvarın 1-dək Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisinalar nəzərə alınmaqla, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları məcburi olaraq nəzarət-kassa aparatları ilə həyata keçirilirdi. Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bu siyahı genişləndirilib.
Eldar Mədətov deyib ki, qeyd edilən fəaliyyət sahəsində, yəni bərbərxanalar və gözəllik salonlarında da vergi münasibətlərində şəffaflıq təmin ediləcək.