BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyev: “Hər kəs anlamalıdır ki, uşaqlarla bu cür rəftar etmək qadağandır və qəbuledilməzdir...”

"Bağçada baş vermiş hadisə ilə bağlı məlum video görüntünü ürək ağrısı ilə izlədim. Təəssüf ki, biz belə xoşagəlməz hadisə ilə qarşılaşdıq. Uşaq bağçaları əvvəllər icra hakimiyyətlərinin nəzarətində idi və yemək və digər məsələlərlə bağlı olmasa da, bağçalarda təlim-tərbiyə işində ciddi boşluqlar var idi. Lakin yeni ildən etibarən uşaq bağçaları, körpələr evləri Təhsil Nazirliyinin tabeliyinə verilib. Hesab edirəm ki, bundan sonra təminatla yanaşı, təlim-tərbiyə işləri də kifayər qədər yaxşı həyata keçiriləcək".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, yenilik nəticəsində uşaqlara lazımi bilik və vərdişlər aşılanacaq, onlar hansısa psixoloji sarsıntı və travma ilə qarşılaşmayacaqlar: "Bundan başqa, bağçalara uşaqların qəbulu da bu ildən başlayaraq daha şəffaf şəkildə həyata keçiriləcək. Milli Məclisdəki çıxışlarımda dəfələrlə qeyd etmişəm ki, məktəblərə olduğu kimi, bağçalara qəbulun da onlayn formatda keçirilməsi zəruridir. Əks halda, xüsusilə avqust-sentyabr aylarında valideynlər əziyyət çəkir, onların övladlarını bağçaya yazdırması, hətta böyük müşkülə çevrilir. Fikrimcə, yeni ildən bu işlərin elektron şəkildə həyata keçirilməsi ilə belə problemlərin həllinə nail olacağıq. Bu cür halları qınayıram. Hesab edirəm ki, mövcud hadisə digər tərbiyəçilər üçün də dərs olacaq. Hər kəs anlamalıdır ki, uşaqlarla bu cür rəftar etmək qadağandır və qəbuledilməzdir. Cəmiyyətdə birlik yaradaraq bu cür hadisələrlə bağlı ictimai qınaq yaradılması məsələnin həlli üçün faydalı ola bilər. Ümid edirəm ki, bir də belə hadisələrə şahidlik etməyəcəyik".

Tarix: 14 Yanvar 2022, 15:24   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin