BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlandı

Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayını açıqlayıb.

Pravda.az-ın məlumatına görə, şənbə günü keçirdiyi brifinqdə Qazaxıstan Baş Prokurorluğunun Cinayət Prokurorluğu Xidmətinin rəhbəri Serik Şalabayev bildirib ki, iştişaşlar nəticəsində 225 nəfə ölüb.

"Bu günədək 4 578 zərərçəkənin şəxsiyyəti müəyyən edilib, onlardan 4 353-ü, o cümlədən hüquq-mühafizə orqanlarının 3 393 əməkdaşı yaralanıb. Fövqəladə vəziyyət dövründə 225 ölü ölkə morqlarına çatdırılıb", - S. Şalabayev bildirib.

Prokuror əlavə edib ki, ölənlər arasında 19 polis və hərbçi də var.





Tarix: 15 Yanvar 2022, 19:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin