2022-ci ildə bir çoxları mənzil sahibi ola biləcək. Çünki, Dövlət İpoteka Fondu 2022-ci ildə güzəştli kreditlərin verilməsi üçün banklara limitlər ayırıb. Limitlər yaxın günlərdə aktivləşdiriləcək. Bəs dövlət büdcəsindən güzəştli ipoteka kreditləri üçün nə qədər vəsait ayrılıb və ipoteka mənzil sahibi olmaq istəyənlərin əhatəsi dairəsi kimlərdən ibarət olacaq?
Bu il güzəştli ipoteka kreditləri üçün daha çox vəsait ayrılacaq.
Vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri üçün İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsait ötən il 80 milyon manat təşkil edirdisə, bu il bu rəqəm 20 faizə qədər artırılıb. İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, Fond ötən illə müqayisədə bu il güzəştli kreditlər üçün daha çox vəsait ayıra biləcək.