BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılaraq aşıb, yaralılar var

Türkiyənin Sivas şəhəri yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Pravda.az xəbər verir ki, hadisə Köyulhisar məhəlləsi adlanan ərazidə baş verib.

Hadisəyə səbəb güclü qar və yolun buz bağlaması olduğu bildirilir. Belə ki, yük avtomobili sürücüsü idarəetməni itirərək qarşı istiqamətdə yola çıxaraq aşıb. Digər istiqamətdən gələn avtobus isə aşmış yük avtomobilinə çırpılıb.

Nəticədə 4 ağır olmaqla, 15 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları xəlb olunub.

Qəza səbəbindən Sivas-Ərzincan və Sivas-Tokat avtomobil yolunun bir hissəsi bağlanıb.

Tarix: 16 Yanvar 2022, 10:47   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin