BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan sabah Albaniyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Albaniyaya səfər edəcək.

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Səfər çərçivəsində strateji ortaq olan Türkiyə və Albaniya münasibətlərinin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

R. T. Ərdoğan 2019-cu ildə Albaniyada zəlzələ zamanı evlərini itirən ailələr üçün Türkiyə tərəfindən Laç şəhərində tikilən evlərin təqdim edilməsi mərasimində də iştirak edəcək.

Tiranada isə yenidən qurulmuş Ethem Bəy məscidinin açılışı olacaq. Türkiyə Prezidenti Albaniya parlamentində də çıxış edəcək.

Tarix: 16 Yanvar 2022, 16:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin