BURADA REKLAMINIZ OLA
BİLƏR

Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verdi

Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib.

Pravda.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Ankara vaxtı ilə saat 14:48-də qeydə alınan yeraltı təkanların episentri Türkiyənin ən böyük adası Gökçeadadan 126 kilometr aralıqda, dənizin 18,76 kilometr dərinliyində olub.

Hələlik zəlzələnin ciddi fəsadları barədə məlumat yoxdur.

Tarix: 16 Yanvar 2022, 19:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin