"İnsan hüquqları sırasında sabit pula hüquq yoxdur. Seksual azlıqların belə hüquqları tanınır, amma vətəndaşın dövlətdən sabit pul tələb etmək hüququ yoxdur. Dövlət istədiyi qədər pul çap edir, o, dəyərdən düşür, qiymətlər artır, vətəndaş isə buraxılan pulun sabitliyini tələb edə bilmir. Zatən pulu buraxan mərkəzi banklar müstəqildir, yəni seçkili prezident və parlamentlərdən belə asılı deyillər. Bunun hamısı qlobal oyundur".
Pravda.az xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov deyib.
Ə.Həsənov qeyd edib ki, müasir insan hüquqları konsepsiyası XVIII-XIX əsrlərdə yaranıb: "Mərkəzi banklar da o zaman yaranıb. O zamandan da etibarən tədricən mərkəzi banklara heç nə ilə təmin edilməyən kağız pul çapının inhisarını verdilər. Sonra isə bütün pul vahidlərini bir ölkənin pul vahidindən – dollardan asılı etdilər. Məlumdur ki, iqtisadi müstəqilliyi olmayan, mülkiyyət hüququ qorunmayan şəxsin digər hüquqlarının təminatı mümkünsüzdür. Cibimdəki pulun sabitliyi yoxdursa, başqa hüquqlar nəyimə lazımdır ki? Acından ölən insan hüquqları ilə nə etsin?".
"Beləliklə, müasir qlobal idarəetmənin özü kökündən fırıldaqçılıq üzərində qurulub. Guya bizə hüquqlar veriblər, bunu beynəlxalq sənədlərdə təsbit ediblər, amma ən əsas hüququmuzu tanımırlar. Adını da bazar iqtisadiyyatı qoyublar. Hər bir əmlakın dəyərinin ölçüsü olan pul kiminsə iradəsindən asılı olaraq azalıb-arta bilərsə, bunun nəyi bazar iqtisadiyyatıdır ki?
Hazırda dünyanın maliyyə sistemi köklü dəyişikliklər astanasındadır. Söhbət yəqin ki, artıq bir neçə ildən gedir. Baş verən geosiyasi hadisələr də əslində bunun ətrafındadır. Bir sözlə, mal davasıdır! Mövcud pul sistemi dəyicəşək, qlobal pul vahidləri sadəcə konfet kağızına çevriləcək. Misli görünməmiş qlobal maliyyə piramidası çökəcək. Bundan udan yalnız qlobal maliyyə sistemini idarə edənlər olacaq. Əksər ölkələr, habelə zəngin insanlar xeyli vəsait itirəcək. Kasıbların vəziyyəti isə daha da ağırlaşacaq. Heç kəsə və heç yerə də şikayət etmək mümkün olmayacaq. Deyəcəklər ki, məgər sizə sabit pul vəd edən olmuşdumu? Koronavirus kimi bəlalar da yəqin artacaq ki, insanlar nəsə tələb etmək halında belə olmasınlar və yalnız canlarının və təhlükəsizliklərinin hayında olsunlar" - ekspert əlavə edib.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan kimi kiçik ölkə bu qlobal zəlzələyə təsir edə bilməz: "Biz yalnız özümüzü ondan sonrakı dövrə hazırlamalıyıq. Necə? Real iqtisadiyyatı inkişaf etdirməliyik. Yəni sənaye və kənd təsərrüfatını. Bunun üçün isə normal məhkəmə-hüquq sistemi olmalıdır ki, ölkədə əminlik hissi güclənsin. Vaxt azdır...".
23 May 18:11
23 May 18:09
23 May 18:04
23 May 17:56
23 May 17:49
23 May 17:42
23 May 17:35
23 May 17:12
23 May 17:09
23 May 17:07
23 May 17:01
23 May 16:51
23 May 16:48
23 May 16:44
23 May 16:41
23 May 16:38
23 May 16:35
23 May 16:20
23 May 16:14
23 May 16:12
23 May 16:05
23 May 15:48
23 May 15:37
23 May 15:36
23 May 15:18
23 May 15:15
23 May 15:07
23 May 15:02
23 May 14:55
23 May 14:51
23 May 14:46
23 May 14:40
23 May 14:39
23 May 14:35
23 May 14:34
23 May 14:23
23 May 14:20
23 May 14:19
23 May 14:12
23 May 13:56
23 May 13:52
23 May 13:46
23 May 13:37
23 May 13:33
23 May 13:30
23 May 13:27
23 May 13:19
23 May 13:16
23 May 13:15
23 May 13:12
23 May 13:11
23 May 13:02
23 May 12:54
23 May 12:52
23 May 12:43
23 May 12:36
23 May 12:33
23 May 12:30
23 May 12:17
23 May 12:14
23 May 12:11
23 May 12:04
23 May 12:00
23 May 11:56
23 May 11:41
23 May 11:39
23 May 11:32
23 May 11:24
23 May 11:22
23 May 11:16
23 May 11:15
23 May 10:58
23 May 10:33
23 May 10:24
23 May 09:58
23 May 09:38
23 May 09:29
23 May 09:27
23 May 08:42
23 May 08:09
23 May 07:42
23 May 07:33
23 May 07:25
23 May 07:18
23 May 07:09
23 May 06:59
23 May 06:10
23 May 05:30
23 May 05:21
23 May 05:14
23 May 05:09
23 May 03:00
23 May 01:28
23 May 01:16
23 May 00:55
23 May 00:36
23 May 00:17
23 May 00:11
23 May 00:10
22 May 23:40
22 May 23:28
22 May 22:58
22 May 22:36
22 May 22:24
22 May 22:17
22 May 22:11
22 May 21:56
22 May 21:45
22 May 21:05
22 May 21:00
22 May 20:54
22 May 20:38
22 May 20:33
22 May 20:25
22 May 20:22
22 May 19:51
22 May 19:45
22 May 19:40
22 May 18:53
22 May 18:43
22 May 18:31
22 May 18:21
22 May 18:15
22 May 17:50
22 May 17:13
22 May 17:08
22 May 16:47
22 May 16:43
22 May 16:35
22 May 16:28
22 May 16:21
22 May 16:08
22 May 15:59
22 May 15:47
22 May 15:22
22 May 15:07
22 May 14:56
22 May 14:50
22 May 14:33
22 May 14:26
22 May 14:19
22 May 14:14
22 May 14:03
22 May 13:33
22 May 13:27
22 May 13:20
22 May 13:16
22 May 12:58
22 May 12:52
22 May 12:49
Ən son xəbərləri səhifəmizdən də izləyin