Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Şamaxıda baxımsız qalan azyaşlılarla bağlı qərar verildi

861
Paylaş:
Şamaxıda baxımsız qalan azyaşlılarla bağlı qərar verildi

Şamaxının İkinci Çaylı kəndində 5 azyaşlı uşağın baxımsız vəziyyətdə yaşadıqları barədə məlumat yayılmışdı. Sözügedən uşaqların məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək.

Bu barədə Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Haşımov məlumat yayıb.

Məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə onlar reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyatı tədbirlər görülməsi barədə qərar qəbul ediləcək.

Paylaş:

Ən son xəbərlər