BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiyalar nə qədər indeksləşdiriləcək?

“Bundan sonra pensiyalar artmayacaq, amma indeksləşdiriləcək. İndeksləşdirmə artım deyil, inflyasiyaya görə dəyərsizləşən pul  vəsaitinin kompensasiyasıdır. Azərbaycan qanunvericiliyi ilə hər növbəti ilin fevral ayında  əmək pensiyaları ötən ilin orta aylıq  nominal əmək haqqının ondan əvvəlki illə müqayisədə artımına uyğun olaraq indeksləşdirilir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.

 

“Belə olanda da sual yaranır ki, bəs onda indeksləşdirmə faizi nə qədər olacaq? Cavab budur ki, bu faiz hələ açıqlanmayıb. DSK-nın açıqlamasından məlum olan budur ki, 2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 724,1 manat olub. Göründüyü kimi 11 aylıq göstərici 2,9 faizdir, 12-ci ayın göstəricisi də əlavə olunanda və ya çıxılanda 2021-ci il üçün  ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətdə artım faizi bəlli olacaq və onun əsasında əmək pensiyalarının təxminən 90 faizi indeksləşdiriləcək. Göründüyü kimi indeksləşdirmə 3 faiz ətrafında təxmin edilə bilər. Belə olanda da əvvələr 240 manatdan çox pensiya alanların pensiyası da  3 faiz ətrafında indeksləşdiriləcək. Belə olarsa, onda 250 manat pensiya alanlar  257,5 manat, 300 manat pensiya alanlar  309 manat, 350 manat pensiya alanlar 360,5 manat,  400 manat pensiya alanlar 412 manat alacaq. Amma bir az də səbr edib yekun məlumatı  gözləmək lazımdır. Mənim hesablamam hələ ki, təxminlər əsasındadır. Əgər kimlərinsə pensiyası minimum pensiya məbləğinin 240 manata çatdırılması ilə əlaqədar olaraq ötən illə müqayisədə təxminən 7 manatdan çox artıbsa, onda onlara indeksləşdirmə şamil olunmayacaq”.

Tarix: 17 Yanvar 2022, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin