Türkiyədə məşhur müğənni Sezen Aksudan məhkəməyə şikayət edilib.

O, bir mahnısında Adəm və Həvva haqqında dediklərinə görə “dini dəyərləri təhqir etməkdə” ittiham olunur.

Onu ittiham edən bir qrup vətəndaşdan biri, vəkil Mikail Yılmaz müğənninin Adəm və Həvvanın ünvanına “alçaldıcı ifadələr” işlətdiyini iddia edib.

Vəkil bildirib ki, bu vəziyyət müsəlmanlar arasında qəzəb yaradıb.

Onlar mahnıdan əldə olunan gəlirin müsadirə olunmasını tələb ediblər.