Böyük Britaniyanın müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqunu yaxın bir neçə həftə ərzində Londona səfərə dəvət etdiyini bildirib.
Pravda.az-ın xəbərinə görə, parlamentdə çıxış edən müdafiə naziri bildirib ki, rusiyalı həmkarı ilə ümumi təhlükəsizlik problemləri ilə bağlı məsələləri müzakirə etməyə hazırdır.
Onun sözlərinə görə, Rusiya-NATO Şurası göstərdi ki alyans Avro-Atlantik təhlükəsizliyin maraqları naminə geniş spektrli məsələlər üzrə Rusiya ilə dialoqa hazırdır.
Britaniyanın müdafiə naziri Şoyqunu Londona dəvət etdi