Meksikalı jurnalist Marqarito Martines Tixuanada evinin qapısının ağzında güllələnərək öldürülüb.
Pravda.az xəbər verir ki, bu barədə onun işlədiyi “Cadena Noticias” nəşri məlumat yayıb.
“Müxbir Marqarito Martines Eskivel bu səhər evindən çıxarkən güllələnərək öldürülüb. Polis araşdırmaya başlayıb, lakin hələlik bu məsələ ilə bağlı rəsmi mövqe yoxdur”, - məlumatda deyilir.