Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Paşinyan Avropa Məhkəməsində Ermənistanı uddu

942
Paylaş:
Paşinyan Avropa Məhkəməsində Ermənistanı uddu

Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan dövlətinə qarşı 2010-cu ildə qaldırdığı məhkəmə iddiası təmin edilib.

Pravda.az-ın xəbərinə görə, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2008-ci il prezident seçkilərindən sonra Paşinyanın hüquqlarının pozulması barədə qərar çıxarıb.

AİHM həmin hadisələr zamanı Paşinyanın hüquqlarının 2 maddə üzrə pozulması barədə qərar verib.

Məhkəmə iddiasında kompensasiya tələbi olmadığı üçün Paşinyana ödəniş edilməyəcək.

Paylaş:

Ən son xəbərlər