Qaradağ rayonunda restoranda yas məclisi təşkil edən şəxslər inzibati qaydada həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında karantin qaydalarına zidd olaraq yas mərasimi keçirildiyi müəyyən olunub.