Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqlarla bağlı baza prinsipləri açıqlanıb.
Hökumətin “qırmızı xətt”ləri açıqlandı
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, baza prinsiplərində iki qırmızı xətt müəyyənləşdirilib.
Bunlardan birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır.