“Özəl sektorda çalışan vətəndaşlarımızın, xüsusən də gənclərin əməkhaqlarının artırılması, onların sosial baxımdan təminatı vacib və prioritetdir”.
Pravda.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib: “Minimum əməkhaqqının artırılması dövlət sektoru ilə yanaşı, özəl sektora da təsir göstərəcək. Çünki özəl sektor müəyyənləşdirilmiş minimum əməkhaqqından az əməkhaqqı təklif etmək hüququna malik olmayacaq. Bu artıq yanvar ayından etibarən tətbiq olunur. Özəl sektorda orta aylıq əməkhaqqının yüksəlməsi olduqca vacibdir. Çünki təhlillər onu göstərir ki, bir sıra sektorlarda əməkhaqları yüksəkdir. Xüsusən neft və maliyə sektorunda.
Lakin xidmət, ictimai iaşə, hətta turizmdə əmək haqları yüksək hesab olunmur. Ona görə də birmənalı şəkildə, bu, sektorlarda da sahibkarlar tərəfindən əməkhaqlarının artırılması, daha çox sosial təminat özəl şirkətlər tərəfindən sosial koorporativ məsuliyyətə uyğun olaraq proqramların həyata keçirilməsi məqsədə uyğundur”.