Yeni Zelandiyanın Baş naziri Casinda Ardern, koronavirusun “omikron” ştammının yayılması ilə bağlı “qırmızı xəbərdarlıq” səviyyəsinin elan edilməsi səbəbiylə televiziya aparıcısı Klark Qeydford ilə toyunu təxirə salıb.
Pravda.az xəbərinə görə, Baş nazir qeyd edib ki, tədbirlərə gəldikdə, istər ad günü, istər toy, istərsə də bu cür hər hansı digər tədbir, bazar günü gecəsi “qırmızı xəbərdarlıq” səviyyəsinin qüvvəyə mindiyi andan iştirakçıların sayının 100 nəfərə qədər məhdudlaşdırılması olacaq: "Mənə gəlincə, toyum baş tutmayacaq və mən pandemiya səbəbindən oxşar hadisələrlə üzləşmiş bir çox digər həmyerlilərimə qoşuluram".
Qeyd edək ki, üç yaşlı Niv Te Aroha qızı olan Ardern və Qeyfordun toyu 2022-ci ilin yayında olmalı idi. Koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən sanitar məhdudiyyətlər səbəbindən mərasim qeyri-müəyyən müddətə təxirə salınmalı olub. Cütlük 2019-cu ilin aprelində nişanlanıb.
Yeni Zelandiyanın Baş naziri koronavirusa görə toyunu təxirə saldı