BURADA REKLAMINIZ OLA
BİLƏR

Sarkisyanın məhkəməsinin vaxtı bilindi

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın məhkəməsinin vaxtı məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə datalex.am saytı məlumat yayıb.

 

Məhkəmənin hazırlıq iclası fevralın 25-də keçiriləcək. İş hakim Vaqe Misakyanın icraatına verilib.

 

Qeyd edək ki, yanvar ayının sonunda S. Sarkisyanın cinayət işi baxılması üçün İrəvan məhkəməsinə göndərilib.

 

Xatırladaq ki, cinayət işi üzrə daha 4 nəfər ittiham olunur. Onlardan biri "Fleş" neft şirkətinin rəhbəri, iş adamı Barseq Beqlaryandır.

 

Ermənistanın 3-cü prezidenti olan S. Sarkisyan 2008-ci ildən 2018-ci ilə kimi ölkəyə rəhbərlik edib. S. Sarkisyana qarşı Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb. S. Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun ölkədən çıxışına qadağa qoyulub.APA

Tarix: 19 Fevral 2020, 12:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin