Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Eldar Quliyev: “Azərbaycanda heç olmasa böyük-kiçik, arvad-uşaq bilirlər...”

979
Paylaş:
Eldar Quliyev: “Azərbaycanda heç olmasa böyük-kiçik, arvad-uşaq bilirlər...”

“Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da məişət zorakılığı hallarına rast gəlinir. Hələ Azərbaycanın mentalitetinə uyğun olaraq, ölkədə məişət zorakılığı ilə bağlı vəziyyət müqayisədə daha normaldır. Heç olmasa böyük-kiçik, arvad-uşaq bilirlər. Amma əlbəttə ki, meşə çaqqalsız olmaz”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev deyib

Deputat qeyd edib ki, “Məişət zorakılığı haqqında” Qanunda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var: “Qanunun sərtləşdirilməsi ilə bağlı təkliflərin olduğu doğrudur, amma hələ ki konkret hansı dəyişikliklərin olması haqqında heç nə məlum deyil. Qanun layihəsi birinci, ikinci oxunuşda müzakirəyə çıxarıldıqda müxtəlif təkliflər səsləndirmək mümkündür. Müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Ümumiyyətlə, insan hər vəziyyətdə diqqətli davramağı bilməlidir. Misal üçün, 100 qram araq içən kimi gedib min cürə hadisələr törədirlər. Cəmiyyətdə bu kimi halların geniş yayılması təhlükəlidir. Xarici sənədli və bədii filmlərdə o qədər belə zorakılıq halları təbliğ edilir ki, insandır da, baxır, sonra əsəbləşəndə eyni şeyi təkrar edir. Həmçinin ailələrdə müəyyən çətinliklərin olması da aqressivləşməyə səbəb olur. Hesab edirəm ki, müəyyən dəyişikliklər hesabına daha uğurlu nəticələr əldə edə bilərik”.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər