Azərbaycana hava nəqliyyatı vasitəsilə daha iki ölkə və orada daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışına icazə verilib.
Pravda.az xəbər verir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında bununla bağlı dəyişiklik edilib.