İndi təqdim edəcəyimiz və şikayətçilərin yaşadıqları bu problem bir çoxlarımıza tanışdır. Yeni tikilən bina və bu binanın bir neçə nəfərə satılan mənzilləri. Bu mənzilləri almaq üçün əlindəki pulu son qəpiyinədək xərcləyən insanlar isə ayırd edə bilmir ki, mənzil kimindir.
Söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivində yerləşən yeni tikili binadan gedir. MTK-lardan birinə məxsus bu bina 2018-ci ildən sakinlərin istifadəsinə verilə bilmir. Lakin məsələ bununla da bitmir. Bir mənzilin bir neçə nəfərə satılması, bina hazır olsa belə mənzil sahiblərinin bura yığışmasına əngəl yaradır. Onlar iddia edirlər ki, mənzilin onlardan başqalarına da satılmasından sonradan xəbərdar olublar.
Problemi həll etmək üçün adı çəkilən mtk sahibinə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.