Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Məhdudiyyətlər yumşaldılır

796
Paylaş:
Məhdudiyyətlər yumşaldılır

Avstriyada peyvənd olunmamış şəxslərlə bağlı karantin ləğv ediləcək.

Pravda.az-ın xəbərinə görə, bu barədə Kansler Karl Nehammer məlumat verib.

Yanvarın 31-dən qüvvəyə minən qərar xəstəxanalarda, əsasən də intensiv terapiya şöbələrində vəziyyətin stabilləşməsi ilə əlaqədar qəbul olunub. Bununla belə, ictimai iaşə müəssisələri, mağazalar, mədəniyyət və incəsənət tədbirləri hələ də peyvənd olunmamış şəxslər üçün qapalı olacaq. Bundan əlavə, FFP2 tipli maskadan istifadə məcburiyyəti qüvvədə qalır.

Paylaş:

Ən son xəbərlər