Azərbaycanda radiotezliklərin istifadəsi üzrə yeni tarif metodikası hazırlanıb.
Azərbaycanda radiotezliklərin istifadəsinə dair tarif metodikası hazırlandı
Pravda.az xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" adlı seminarda çıxış edərkən deyib.
Nazir müavini bildirib ki, bu metodika hansısa avadanlığa deyil, bütövlükdə tezlik resurslarının istifadəsinə bağlanır: “Burada həm coğrafi amillər də var. Misal olaraq eyni tarifli həm Bakı şəhərinə, həm də regionlara tətbiq olunması hesab edirik ki, ədalətli deyil. Bununla yanaşı ümumiyyətlə tənzimləmə alətlərinə baxsaq, görərik ki, xaotik baş verir. Biz tezlikləri verilməsindən danışırıq, amma tezliyini geri alınması ilə bağlı hər hansı bir səlahiyyətimiz yoxdur. Və yaxud da tezlikdə qeyri-qanuni istifadə edən istifadəçilərə dair cərimələr bəlli deyil. Bütövlükdə bu məsələlərlə bağlı artıq konkret qanunvericilik hazırlanıb”.