Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

“Müharibə veteranı” adının verilməsi ilə bağlı rəsmi açıqlama

806
Paylaş:
“Müharibə veteranı” adının verilməsi ilə bağlı rəsmi açıqlama

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi ilə bağlı müvafiq Sərəncam imzalanıb. Siyahı həmin şəxslərin qulluq keçdiyi qurumlar tərəfindən müəyyən olunur və Nazirlər Kabineti ilə razılaşdırılır.

Pravda.az-ın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Nazir müavini bildirib ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq: “Proses davam edir, siyahılar hazırlanır. Zəfər altsistemi artıq aktivləşdirilib və istifadəyə verilib. Zəfər alt sistemində olan şəxslər özləri ilə bağlı məlumatlarla həmin altsistemdə tanış ola bilərlər”.

Paylaş:

Ən son xəbərlər