Bir müddət budan əvvəl Penitensiar Xidmətin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseynağa Əlixanovun Qubada qardaşı ilə bərabər otel tikdirməsi xəbəri yayılmışdı. Otelin tikintisinin səhvən Quba Rayon İcra Hakimiyyətindən deyil, Qusar Rayon İcra Hakimiyyətindən alındığı, bunun da tikintiyə problem yaratdığı qeyd edilmişdi.
General Hüseynağa Əlixanov məlumatın yalan olduğunu bildirib.
“Mən heç bilmirəm söhbət nədən gedir. Bu məlumat yalandır. Mənim qardaşım rayonda neynəyir, nə iş görür, mənim xəbərim yoxdur. “