“MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür”.
Pravda.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi ilə bağlı yayılan iddiaların heç bir əsası yoxdur: “Müraciətlərə baxılan zaman müraciətin poçta təqdim olunduğu tarix əsas götürülür. Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”.
"Müraciətlərin gecikdirilməsi ilə bağlı iddialar əsassızdır" - Məzahir Pənahov