Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 47 saylı Mingəçevir seçki dairəsindən namizədlər Qurbanəli Yusibov və İbrahim Salamovun müraciətə baxılıb.

Pravda.az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

MSK üzvü bildirib ki, namizədlər müraciətində qanun pozuntusunun bir çox seçki məntəqəsində olduğunu qeyd edib:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Araşdırma nəticəsində 9, 17 və 21 saylı seçki məntəqələrində pozuntular aşkar edilib. Bununla əlaqədar 3 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 3 seçki məntəqəsi (9, 17 və 21 saylı) üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 3 məntəqənin nəticələrinin ləğv edilməsi lider namizədin dəyişməsinə səbəb olmayıb.

Bu dairə üzrə lider namizəd Aydın Mirzəzadədir.Report