Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Eldəniz Səlimov Azər Həsrətə nə deyib? - "Geri çəkil"

1 363
Paylaş:
Eldəniz Səlimov Azər Həsrətə nə deyib? -     "Geri çəkil"

“Mən seçkiyə bitərəf olaraq qatılmışdım. Arxamda heç bir siyasi təşkilat olmayıb”.

Pravda.az-ın xəbərinə görə, bunu 55 saylı Xaçmaz seçki dairəsindən deputatlığa namizəd Azər Həsrət deyib.

A.Həsrətin sözlərinə görə, ciddi kampaniya aparıb: "Ən azından Bakıda olanlar hiss etdilər ki, o dairədə kim var... Ölkədən kənarda yaşayan azərbaycanlılar və qeyri-azərbaycanlılar mənə mesajlar yazırdılar. Deyirdilər ki, təbii ki, sən o seçki dairəsinin qalibisən. Seçki dairəsində də vəziyyət bu cür idi. Dostlarım məni təbrik etməyə hazırlaşırdılar. Amma Şəmsəddin Xanbabayev və digərləri prosesi normal aparmadığından qalib olmadım. Görsəydim ki, YAP-ın namizədi xalqdan səs alıb, onun əlini sıxacaqdım. Həmin namizəd mənə təklif göndərdi ki, geri çəkil... Vəd və digər məsələlərin işartıları var idi. Onunla görüşdüm, dedim ki, dəstəklədiyim lider İlham Əliyev sizin parlamentdə olmağınızı istəyirsə, heç bir şərt irəli sürmədən geri çəkilməyə hazıram. Çünki mən İlham Əliyevə güvənirəm. Dedim ki, Prezidentin özündən mesaj gətirin, ya da Prezident Administrasiyasından desinlər ki, bu adam bizim üçün vazkeçilməzdir. O zaman deyərəm ki, baş üstə! Amma belə bir şey olmadı”.

Qeyd: 55 saylı Xaçmaz şəhər seçki dairəsindən lider namizəd Eldəniz Səlimov elan edilib.

Paylaş:

Ən son xəbərlər