Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq.
Pravda.az xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov bildirib.
Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq.
Pravda.az xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov bildirib.
O qeyd edib ki, məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər ötən ilin yayından etibarən başlayıb.
C.Valehovun sözlərinə görə, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib.