'Nəzir qutularına verilən ianələrin taleyi ilə bağlı cəmiyyətdə zaman-zaman müxtəlif müzakirələr gedirdi. İanələrin onlayn qaydada verilməsi təklifi özündə şəffaflığı ehtiva edir''.
Pravda.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklikləri şərh edərkən bildirib.
Millət vəkili bildirib ki, ölkəmizdə hazırda ''Yaşat'' Fondunun nümunəsi var və bənzər sistem qurmaqla hesabatlılığı təmin etmək mümkün olar. Ceyhun Məmmədov bir sıra ölkələrin təcrübələrinə də diqqət çəkib.