Amerikalı hərbi qulluqçular tezliklə Şərqi Avropa ölkələrinə göndəriləcək.

Pravda.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Prezidenti Co Bayden açıqlayıb.  

“Yaxın zamanlarda ABŞ qoşunlarını Şərqi Avropaya, NATO ölkələrinə göndərəcəm”, - deyə Bayden qeyd edib.

Ağ Evin məlumatına görə, 8500 ABŞ hərbçisi NATO-nun “şərq cəbhəsini” gücləndirmək üçün yüksək döyüş hazırlığı vəziyyətindədir