BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmira Süleymanova vəzifəsindən gedir - Prezident Milli Məclisə namizədlər göndərdi - EKSKLÜZİV - ƏLAVƏ OLUNDU - 2

İlk xəbər saat 16:45-də qoyulub

 

Milli Məclis (MM) Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilini (Ombudsman) seçəcək.

 

Pravda.az-ın xəbərinə görə, Prezident İlham Əliyev parlamentə 3 namizəd təqdim edib. Onlardan biri Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyevadır. Digər 2 namizəd də xanımdır. Onlardan biri  Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva, digəri isə Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

 

Yaxın günlərdə Milli Məclisin plenar iclası keçiriləcək, 3 namizəddən biri seçiləcək. 

 

Xatırladaq ki, hazırki Ombudsman Elmira Süleymanovadır. Onun 82 yaşı var.

Tarix: 21 Noyabr 2019, 17:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin