Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əyani qəbulla bağlı qaydalara dəyişiklik edib. Vətəndaşlara xidmətlər onlayn növbə əsasında göstəriləcək. Bəs onlayn qeydiyyat hansı platforma üzərindən və necə həyata keçiriləcək?
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi gələn aydan etibarən vətəndaşların əyani müayinəsini fərqli qeydiyyat əsasında aparacaq. Agentliyin mətbuat katibi Gülnar Əzizova bildirib ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin, vətəndaş məmnuniyyəti və operativ xidmətin təmin edilməsi məqsədilə vətəndaşlara xidmət onlayn növbə əsasında göstəriləcək.