"Birlikdə ev almısınız. Gülyaz görüb ki, Gülyanaq ildə bir dəfə ana olur, onun oğluna heç nə düşməyəcək, gedib başqa ev alıb".
Pravda.az xəbər verir ki, bu sözləri şairə-aparıcı Nazilə Səfərli "Ona qalsa" proqramına qonaq olan Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaya deyib. O, bacıların villa aldığını söyləyib.
Gülyaz Məmmədova isə bağ evləri olmadığını açıqlayıb:
"Kim olanını danar? Təki olardı. Şayiələr çoxdur. Deyirlər, Şamaxıda, Qubada, Biləcəridə, Sulutəpədə evimiz var. Harada qoşa villa görürlər, deyirlər Gülyaz və Gülyanağındır. Bizim heç həyət evimiz yoxdur. Kənddə valideynlərimin yurdudur.