Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

“Startapçılarımız ölkəyə xaricdən investisiya gətirir, deputatımız isə milyonları xaricilərə "hədiyyə" edir”

959
Paylaş:
“Startapçılarımız ölkəyə xaricdən investisiya gətirir, deputatımız isə milyonları xaricilərə "hədiyyə" edir”

“Deputat Cavanşir Feyziyevin 5.6 milyon funt sterlinq vəsaitinə artıq ingilislər əl qoyub. Bildiriblər ki, bu vəsait "çirklidir" və bu səbəbdən Böyük Britaniyaya məxsusdur. Deputata məxsus olduğu bildirilən 20.5 milyon dollar vəsaitin də məhkəmə çəkişməsi gedir. Heyf, şərait olsaydı, bir vençur fondu yaradıb , zamanında ora köçürüb daha effektiv istifadə etmək olardı”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

“Yeri gəlmişkən, bu gün həm də  bizim startapçılarımız xaricdən 3 milyon dollar investisiya alıblar. Qəribə situasiyadır. Ölkədə münbit investisiya şəraiti yaratmalı olan, bu  şəraiti yaratmadığından, investisiyanı xaricə  yatırdığından bizimkilər yenidən bu investisiyaları xaricdən almaq  məcburiyyətindədir. Startapçılarımız ölkəyə xaricdən investisiya gətirir, deputatımız isə zamanında düzgün qərarlar verə bilmədiyindən  milyonları xaricilərə "hədiyyə" edir” – O.Gündüz qeyd edib.

Paylaş:

Ən son xəbərlər