Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Deputat: "Velosiped yolu olsa, parlamentə velosipedlə gələcəm"

760
Paylaş:
Deputat: "Velosiped yolu olsa, parlamentə velosipedlə gələcəm"

"Son zamanlar tariflərin, cərimələrin artırılması dəbə minib. Pandemiya fonunda yeni cərimələr, tariflər narazılıq yaradır".

Pravda.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

“Sürücü üçün parklanma yeri yoxdursa, hansı haqla onu cərimə edə bilərik? Velosiped yollarından danışılır, ancaq yollarda saatlarla tıxacda qalırıq. Velosiped yolu ancaq bulvardadır. Velosiped yolu olsa, parlamentə velosipedlə gələcəm” - R.Nurullayev qeyd edib. 

Paylaş:

Ən son xəbərlər