Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Ekspertin Toliklə təhsil problemlərini müzakirə edəcəyi ilə bağlı anonsu müzakirələrə səbəb oldu - "Qəbahət yoxdur..."

797
Paylaş:
Ekspertin Toliklə təhsil problemlərini müzakirə edəcəyi ilə bağlı anonsu müzakirələrə səbəb oldu -     "Qəbahət yoxdur..."

“Təhsil sistemində, təhsilin idarə edilməsində, orta ümumtəhsil məktəblərində baş verən hadisələr hər kəsi narahat edir. Biz düşünməməliyik ki, təhsil yalnız bu sahədə olanların işidir. Təhsil hər kəsin işidir, ictimai fəaliyyətdir. Bu sahədə hər kəsin fikirlərini izləməli, dinləməliyik. Cəmiyyətin müxtəlif təbəqələrindən daxil olan təkliflər ümumi işin xeyrinə ola bilər”.

Bunu Pravda.az-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov müzakirələrə səbəb olan paylaşımı barədə danışarkən deyib.

Ekspertin təhsil məsələlərini Tarix Əliyevlə (Tolik) müzakirə edəcəyi ilə bağlı elanı sosial şəbəkə istifadəçiləri tərəfindən qınanılıb.

K.Əsədov bildirib ki, təhsil elə yalnız təhsil işçiləri ilə müzakirə edildiyinə görə problem həll olunmur: “Təhsilə kənar baxış lazımdır. Düşünürəm ki, bizim bu gün ən ciddi problemimiz təhsilə kənar baxışın olmamasıdır. Həmçinin, təhsil məsələlərinin Tarix Əliyevlə müzakirə edilməsində də qəbahət yoxdur. Mən ictimaiyyətə kifayət qədər açığam, elə məsələlər var ki, onlar müzakirə predmeti belə ola bilməz. Biz, sadəcə olaraq, müzakirələri aparanda diqqət etməliyik ki, heç kim inciməsin. Həmin posta gələn şərhləri, paylaşımları oxudum. Tarix Əliyevin vaxtilə səsləndirdiyi fikirlər insanlarda ikrah hissi doğursa da, prosesə fokuslanmaq lazımdır. Ümumi işin xeyrinə hər kəslə müzakirəyə hazır olmalıyıq. Tarix Əliyevin veriliş proqramı və onun sosial platforması ilə daha çox insana xitab edə bilərik. Yenə də hər kəsin fikrinə hörmətlə yanaşıram. Mənə məxsus olmayan videonu paylaşan, müzakirə edənlərin fikirləri ilə vaxtilə də yaxşı tanış oldum. Təkrar edirəm, narahat olmağa əsas yoxdur”.

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər