Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

"Bunları edin, amma qorxmayın"

962
Paylaş:
"Bunları edin, amma qorxmayın"

“Təəssüflər olsun ki, yenə hamı panikadadır. Əziz dostlar! Dəfələrlə müxtəlif müsahibələrdə demişəm, yenə deyirəm! Yoluxma sayı önəmli deyil! Rəqəmlər sizi qorxutmasın. Önəmli olan yoluxma sayı deyil, ağırlaşma sayıdır!”

Pravda.az xəbər verir ki, bunu radioloq-həkim Aydın Əliyev bildirib.

“Mən aktiv həkim işləyirəm, hər gün boğazı qıcıqlanan, öskürən, qızdırması olan xəstələr müayinə edirəm və real olaraq görürəm ki, son mutasiyalarda ağırlaşma sayı azdır. Demirəm arxayın düşün, demirəm qorunmayın, əlbəttə bunları edin, amma qorxmayın! Koronavirus getdikcə zəifləyir, ən qısa zamanda pandemiya bitəcək. Əmin olun! Qorxmayın! Hamı deyir ki, vayy, bu gün 7000 yoluxma olub! Ay qardaş, nə olsun? Hər il dünyada 1 milyard insan qrip virusuna yoluxur, bəyəm qripə görə karantin edilir? Absurddur!

Ağırlaşanlar müvafiq müalicə almalıdır. Yüngül xəstələr tezliklə sağalacaq. Qorxmayın! O2 Saturasiyası 95-dən çoxdursa, heç qorxmayın! Sağlam olun” – A.Əliyev qeyd edib.

Paylaş:

Ən son xəbərlər