Oğuz rayon sakinlərinin başına tragikomik hadisə gəlib.
Rayon sakini Marif Qafarov yanında sürücü kimi işləyən Şamil Qasımova koməklik etmək istəyib.
Hər şeydə bundan sonra başlayıb. İş yoldaşlarından etibarnamə alan Şamil Qasımov onların adlarına hesablar açıb, ASAN imzalar yaradaraq xarici dövlətlərdən sənaye və mədəni mallar idxalı ilə məşğul olub. Bir müddət sonra Maarif Qasımova Vergilər idarəsindən zəng gələrək onun vergi borcunun olduğu bildirilib. Marif Qafarov məsələni araşdırmaq üçün quruma müraciət etdikdə ona bildirilib ki, hazırda onun dövriyyəsi bir milyondan çoxdur və gömrükdə 800 min manatlıq malın idxalı gözləyir.
Marif Qafarovla yanaşı 20-ə yaxın şəxs aldadıldığını iddia edir. Beləliklə, Marif Qafarovun 400 min, Elvin İsmayılovun 21min, Anar Eyvazovun 300 min, Aqil Ağayevin 70 min, Əhməd Məmmədbəyovun isə 50 min manat borcu yaranıb.