Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

“Aİ-nin qaz problemləri Rusiya ilə münasibətlərdəki böhranla bağlıdır”

764
Paylaş:
“Aİ-nin qaz problemləri Rusiya ilə münasibətlərdəki böhranla bağlıdır”

Avropada qaz tədarükü ilə bağlı çətinliklər Rusiya ilə münasibətlərdəki böhran nəticəsində yaranıb.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell deyib.

"Energetika həmişə ən mühüm geosiyasi məsələlərdən biri olub. Rusiya ilə münasibətlərdəki böhranın yaratdığı yüksək qiymətləri və qaz təchizatı ilə bağlı çətinlikləri nəzərə alsaq, bu mövzu əsas gündəmimizdir", - Borrell sabah keçiriləcək Aİ-ABŞ Enerji Şurasının iclasından əvvə öz bloqunda yazıb.

"Biz sıfır emissiyaya doğru irəliləmək kimi uzunmüddətli hədəfimizə sadiq qalaraq qısamüddətli çətinliklərin öhdəsindən gəlməliyik. Vaşinqtonda Aİ-ABŞ Enerji Şurası bu cəbhədə transatlantik əməkdaşlığı gücləndirəcək", - Borrell əlavə edib.

Report

Paylaş:

Ən son xəbərlər