İngilis dəniz səyyahı, bütün materiklərə ayaq basmış ilk insan Ceyms Kukun gəmisi qəzaya uğramasından iki əsrdən çox sonra, ABŞ-da tapılıb.
Bu barədə “Australian Geographic” portalı məlumat yayıb.
Qeyd edilir ki, gəminin tədqiqatı uzun illər çəkib. İngilis səyyahı və kəşfiyyatçısının “Endeavour” gəmisinin hissələri iki yüz ildən artıqdır, ABŞ-ın Nyuport limanının dibində qalıb. Gəminin sahibinin müəyyənləşdirilməsi məqsidlə arxivlərin öyrənilməsi və arxeoloji tədqiqatların aparılması mütəxəssislərin iyirmi iki il vaxtını aparıb.
Avstraliya Milli Dəniz Muzeyinin baş direktoru Kevin Sampşnın sözlərinə görə, gəminin aşkarlanması elm tarixində ən mühüm tapıntılardan biridir. O qeyd edib ki, Ceyms Kukun üzdüyü gəmi Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya və indi də ABŞ-ın tarixində və mədəniyyətində mühüm mərhələ olub.