Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Səməd Seyidovun dairəsindən bir məntəqədə nəticələr ləğv olundu

965
Paylaş:
Səməd Seyidovun dairəsindən bir məntəqədə nəticələr ləğv olundu

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən 107 saylı Qazax Seçki dairəsindən namizədliyi qeydə alınan Ramin Göyüşovun müraciətinə baxılıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, iddiaçı 12 məntəqə üzrə 20 videogörüntü, aktlar və digər sənədlərin surətlərini təqdim edib: “Həm sosial şəbəkələrdə, həm də təqdim edilən videogörüntüləri tək-tək araşdırmışam. Təqdim edilən videogörüntülərdə iddiaçının dediyi qanun pozuntuları 2 saylı seçki məntəqəsində əksini tapıb”.

MSK şikayəti müzakirəyə çıxarıb və yuxarıdakı seçki məntəqəsində nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edilməklə şikayət qismən təmin edilib.

Paylaş:

Ən son xəbərlər