ABŞ administrasiyası Ukraynaya hərbi yardımı artırmaq üçün ABŞ Konqresi və xarici müttəfiqləri ilə fəal işləyir.
Pravda.az-ın məlumatına görə, bu barədə mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Biz Ukraynaya hərbi yardımın həcmini əhəmiyyətli dərəcədə artırmaq, ona özünü müdafiə etməyə hazırlaşmağa kömək etmək üçün Konqres, eləcə də müttəfiqlər və tərəfdaşlarla yaxından işləməyə davam edirik”, - ABŞ diplomatı deyib.