“Ölkədə devalvasiyalardan sonra illər üzrə inflyasiya səviyyəsi: 2016-ci il 12,1%, 2017-ci ii 7,3%, 2018-ci ildə 2,3%, 2019-ci ildə 2,6%, 2020-ci ildə 2,8%, 2021-ci ildə isə 12% olub. Yəni, son illər qiymətlər sürətlə artıb, yeganə ucuzlaşma taksi xidmətində qeydə alınıb, 2016-cı ildən bəri taksi xidməti ucuzlaşıb, səbəbi isə çox sadədir: Taksi xidməti ölkədə nadir rəqabətli mühit olan sahələrdəndir. Rəqabət yarandı, ölkəyə taksi xidməti üçün yanacağı daha az istifadə edən avtomobillər gətirildi, beynəlxaql və yerli taksi xidməti göstərən şirkətlər fəaliyyətə başladı, qiymətlər ona görə də ucuzlaşdı”.
“Taksi xidmətində tənzimləmə olmalıdır, amma...” - Natiq Cəfərli
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
“Azərbaycan hökumətinin rəqabətə allergiyası var, harada rəqabət yaranırsa, bunun nəticəsi olursa belə gedişatı sistemə təhlükə kimi görürlər, düşünürlər ki, rəqabətdən pozitiv nəticələr doğsa, camaat başqa sahələrdə də rəqabətli mühit arzulaya bilər, ona görə də balaca işıq gələn yeri həmən yamamağa, rəqabəti məhv etməyə çalışırlar. Bu sahədə rəqabətə son qoyulacaq, taksi xidmətində də inhisarçılıq meyilləri artacaq. Mən anlayıram, taksi xidmətində tənzimləmə olmalıdır, amma dövlət niyə hər şeyi qarışmalıdır ki?! Ümumi qaydalarını, vergisini müəyyən edirsən, təhlükəsizlik qaydalarını elan edirsən, vəssalam, camaat özü çalışır, pul qazanır, vergisini ödəyir, işləyir, ailəsini dolandırır – buna nədən mane olasan ki?!” – N.Cəfərli qeyd edib.