Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 8 saylı Binəqədi birinci seçki dairəsindən qeydə alınan namizəd Ağasif İbrahimovun müraciətinə baxılıb.
MSK Ağasif İbrahimovun şikayətinə baxdı
Pravda.az-ın xəbərinə görə, MSK üzvü Validə Kazımova bildirib ki, araşdırma zamanı 24 saylı seçki məntəqəsində qanun pozuntuları aşkarlanıb: “Təklif edirəm həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.
MSK şikayəti müzakirəyə çıxarıb və 24 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib.