Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Qax RİH iddialara münasibət bildirdi

960
Paylaş:
Qax RİH iddialara münasibət bildirdi

Qax Rayon İcra Hakimiyyəti (RİH) “Qax Mərkəzi Xəstəxanasından anti-peyvənd təşviqatı...” başlıqlı yazıya münasibət bildirib.

RİH-dən Pravda.az-a daxil olan məlumatda qeyd olunub ki, yazı real faktlara əsaslanmır.

“Belə ki, rayonun ən ucqar kəndi olan (55 km) Ağyazı kəndinin sakinləri  ən yaxın məsafədə olan Qıpçaq kəndində, habelə Qaysarlı, Almalı, Baydarlı, Oncallı, Qazmalar, Tanqıt və Cəlayir kəndlərinin sakinləri də Qıpçaq kənd həkim məntəqəsində vaksin olunurlar. Dəymədağlı və Şıxlar kənd sakinləri daha yaxın olan Almalı kəndində, Şotavar sakinləri Qorağan, Lələli və Qındırğa kəndlərinin sakinləri Zəyəm, Qarabaldır və Lələpaşa kənd sakinləri Tasmalı, Qapıçay kənd sakinləri Güllük, Ləkit-Malax, Ləkit Kötüklü, Zərnə kəndlərinin sakinləri Ləkit, Ağçay kənd sakinləri İlisu, Qaxbaş kənd sakinləri Qax-İngiloy, İbaxlı kənd sakinləri İngiloy-Kötüklü,  Süskən və Çinarlı kənd sakinləri isə Qum kənd tibb məntəqələrində  vaksin olunurlar. Bundan əlavə məlumat üçün bildiririk ki, həftədə bir dəfədən gec olmayaraq Qaratala, Əmbərçay, Əmircan, Marsan, Turaclı, Çüdüllü və Qaşqaçay kəndlərində səyyar həkim briqadası tərəfindən sakinlərə vaksin vurulur. Xüsusi saxlanma tələblərinə əsasən və bir ampula 6 nəfər üçün nəzərdə tutulduğundan 3-cü doza “Pfizer”  vaksini olunmaq istəyən vətəndaşların vaksinasiyası istisna hal kimi rayon Mərkəzi Xəstəxanasında aparılır” – məlumatda bildirilib.

Paylaş:

Ən son xəbərlər