“Fevralın 6-da Salyanda keçirdiyim görüşdən çıxan zaman Kamil Musavi və Aytən Qurbanova daxil olmaqla 25-30 nəfər gözləyirdilər. Kamil Musavi ilə normal görüşdüm, dedim, belə şeylərə nə ehtiyac var ki? Dedi ki, sizin tərəfdarlarınız mənim tərəfdarımı döyüblər. Dedim, bu fakt mənə bəlli deyil, belə fakt varsa, hüquq mühafizə orqanlarına müraciət edin. Kamil dedi, yox, özü araşdıracaq. Sonra da söyüş söydü, dedi, ən böyük lotu mənəm. Heç yanındakı xanıma da hörmət etmədi. Xanm da ona irad tutmadı. Nəşələnmiş, sərxoş vəziyyətdə olanlar, özlərini idarə edə bilməyənlər səs-küy yaratdılar. Bu, təxribat idi. Onlar elə güman edirdilər ki, mən də emosiya nümayiş etdirəcəm. Təbii ki, mən buna yol verə bilməzdim. Sakit şəkildə oranı tərk etdim. Mənim seçilməyimə etiraz etdirsinizsə, daha avtomobilimi niyə əzirsiniz? Bu nə vəhşilikdir? Bu, dəyərlərə olan hücumdur, qanunlara hörmətsizlikdir, Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı demokratik dəyərlərə zərbədir”.
Pravda.az-ın xəbərinə görə, bunu Ana Vətən Partiyasının sədri, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa lider namizəd Fəzail Ağamalı “musavat.com” saytının “Canlı debat” proqramında deyib.