Azərbaycanda üç helikopter hərraca çıxarılıb. Helikopterlər texniki göstəricilərinə və sərnişin tutumuna görə fərqlidir. Burada maraqlı bir sual ortaya çıxır: helikopterlər neçəyə satılır və hər kəs bu helikopterləri ala bilərmi və ya alan şəxs onu necə idarə edə biləcək?
Sıra ilə saxlanan bu helikopterlər, nə qədər qəribə səslənsə də, satılır. Hava nəqliyyatına sahib olmaq istəyənlərin keçiriləcək hərracda iştrak etmələri vacibdir.
Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili üzrə Mərkəzin idarə heyətinin sədr müavini Emil Rəsulov deyir ki, özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin olaraq 200 min manat behi ödəməklə hərracda iştirak edə bilərlər.