BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: "YAP-çı olmaq qürurludur, şərəflidir"

"YAP-çı olmaq qürurludur, şərəflidir"

"Ulu öndər Heydər Əliyevin ən böyük mirası olan Yeni Azərbaycan Partiyası 27 illik tarixində böyük yol qət edib"

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin bitərəf deputatı Adil Əliyev deyib.

 

A. Əliyev bildirib ki, Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın ən keşməkeşli dövründə yaranıb. Partiyamızın 600 mindən çox üzvü var. Azərbaycanda olan siyasi partiyaların hər birinin üzvlərinin birlikdə sayı 600 minə çatmadığına görə deyə bilərəm ki, Azərbaycan cəmiyyətinin əksər hissəsi Yeni Azərbaycan Partiyasının yeritdiyi siyasi xətti dəstəkləyir. Bu misiyanı layiqincə davam etdirən prezident İlham Əliyev Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır”.

 

Deputat əlavə edib ki, Azərbaycanda siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti var: “Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəlibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq”.

 

A. Əliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir: “Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. YAP-çı olmaq qürurludur, şərəflidir. Çünki, amalımız xalqa, dövlətçiliyə xidmətdir”.

Tarix: 21 Noyabr 2019, 19:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin